"Zirə"nin futbolçusu: "Ən yaxşı oyunumuz deyildi"

13:22 - 16 Dekabr 2025

“Zirə"nin yarımmüdafiəçisi Ceyhun Nuriyev Sportal.az saytına açıqlamasında Misli Premyer Liqasının 15-ci turunda “Şamaxı”ya qarşı(2:1) keçirilmiş görüş haqda danışıb.

O, komandasının Şamaxıdakı məğlubiyyətinə bu cür münasibət bildirib:

"Bu, bizim ən yaxşı oyunumuz deyildi. Xüsusilə ikinci hissədə zəif oynadıq, iki qol buraxdıq. Məğlubiyyətə görə təəssüflənirik. Halbuki hesab 1:2 olduqdan sonra oyunun taleyini dəyişməyə çalışdıq. Hər halda, rəqibimizin oyunun da burada qeyd etmək lazımdır. Müdafiədə bəzi boşluqlara yol verdik. "Şamaxı"ya qarşı harada oynamağımızdan asılı olmayaraq, hər zaman çətindir. Yeddi oyunluq məğlubiyyətsiz seriyamızın qırılması da təəssüf doğurur".

Xəbər xətti