İspaniyalı müdafiəçi Serxio Reqilonun yeni klubunun adına aydınlıq gəlib.
Sportal.az xəbər verir ki, 28 yaşlı futbolçu "İnter Mayami" ilə anlaşıb. Bu barədə ABŞ klubunun mətbuat xidməti məlumat yayıb.
MLS çempionu təcrübəli sol cinah müdafiəçisi ilə 2027-ci ilin 31 dekabr tarixinə kimi nəzərdə tutulan müqavilə imzalayıb.
Qeyd edək ki, İspaniya millisinin sabiq üzvü olan Serxio Reqilon ötən mövsüm "Tottenhem"də çıxış edib. O, yayda İngiltərə nəhəngindən ayrıldıqdan sonra klubsuz idi.
saytlarin hazirlanmasi
