Fransa klubu "Qarabağ"dan görün nə qədər pul tələb etdi! - bu hücumçunu satmaq üçün

15:30 - 16 Dekabr 2025

"Qarabağ"ın Sambu Sumanonu sıralarına qatması çətinləşib.

Sportal.az Sportinfo.az-a istinadən xəbər verir ki, buna səbəb "Loryen"in 24 yaşlı hücumçu ilə mövsümün sonunda başa çatan müqaviləni uzatmaq yönündə razılığa gəlməsidir.

Afrikalı cari mövsüm ərzində Liqa 1-də meydana çıxdığı 14 oyunda 4 qol və 2 məhsuldar ötürmə müəllifi olub.

"Qarabağ" ötən yay Sambu Sumanonu heyətinə qatmağa yaxın idi.

Ağdam təmsilçisi onun özü ilə 3+1 illik müqaviləni razılaşdırmış, lakin "Loryen" son anda fikrini dəyişərək, qolçusunu satmaqdan imtina etmişdi.

Seneqallını 2026-cı ilin yanvarında Azərbaycana gətirmək mümkün olsa, o, "Qarabağ"ın ən bahalı transferi kimi adını tarixə yazdıracaq.

"Köhlən atlar" onun keçidini gerçəkləşdirmək üçün Fransa klubuna 2 milyon avro təklif edib.

Çempionlar Liqasındakı təmsilçimiz Sumanonun sonrakı satışından da "Loryen"a 20 faiz ödəməyə hazırdır.

Vəziyyət indi bir qədər də mürəkkəbləşib. "Loryen" hücumçunu 5 milyon avrodan aşağı satmayacağı barədə "Qarabağ"ı məlumatlandırıb.

Eyni zamanda, bildirilib ki, afrikalının müştəriləri çoxdur, odur ki, təzminat məbləğində onlardan güzəşt gözləməyə dəyməz.

Xəbər xətti