"Real Madrid TV" iddia edir ki,"Barselona"nın prezidenti Xuan Laporta Jose Maria Enrikez Negreyra işi üzrə məhkəmədə ifadə verərkən yalan danışa bilər. Xatırladaq ki, 2023-cü ildə "Barselona" və rəhbərliyi İspaniya Futbol Federasiyasında (RFEF) texniki hakimlər komitəsinin keçmiş vitse-prezidenti Jose Maria Enrikez Negreyraya ödənişlər zamanı rüşvət ittihamı ilə üzləşmişdi.
Sportal.az xəbər verir ki, məhkəmə 2001–2018-ci illərdə "Barselona"dan Negreyraya ödənilən 7,7 milyon avronu cinayət hesab edib.
Xuan Laporta məhkəmədə bildirmişdi ki, o, şəxsən Negreyra və oğlunu tanımır:
"Hakimlik üzrə məsləhətləşmələr barədə mənə məlumat verildi. 18 il ərzində 7,3 milyon avro faydalı xidmətlər üçün çox da böyük məbləğ deyil."Barselona" yarışların nəticələrinə təsir etməyib. Bu, tariximizin şanlı dövrünü ləkələmək üçün planlaşdırılmış kampaniyadır".
"Xatırladırıq ki, məhkəmədə yalan danışmaq cinayətdir" – deyə "Real Madrid TV" Laportanın Negreyra ilə tanış olmadığını söylədiyi kadrların fonunda bildirib.
saytlarin hazirlanmasi
