"Qarabağ"ın rəqibi ilk transferini reallaşdırdı

13:33 - 19 Dekabr 2025

Çempionlar Liqasında "Qarabağ"ın rəqibi olan Almaniyanın "Ayntraxt”(Frankfurt) klubu ilk qış transferini həyata keçirib.

Sportal.az klubun rəsmi saytına istinadən xəbər verir ki, yaponiyalı oyunçu Keyta Kosuqi Frankfurt klubunun sıralarına qoşulub. 

19 yaşlı müdafiəçi İsveçin "Yurqorden" klubundan transfer olunub. 

Qeyd edək ki,"Qarabağ" - "Ayntraxt" matçı yanvarda 21-də Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək və görüşə saat 21:45-də start veriləcək.
 

Xəbər xətti