"Mançester Yunayted" Mərakeşi FİFA-ya şikayət etdi

23:08 - 17 Dekabr 2025

"Mançester Yunayted" Mərakeşin Afrika Millətlər Kubokunda iştirak səbəbilə Nussair Mazrauinin Premyer Liqada "Bornmut"a qarşı matçda (4:4) klub adına oynamasına icazə verməməsindən sonra FİFA-ya rəsmi şikayət edib.

Sportal.az xəbər verir ki, Afrika Millətlər Kuboku ərəfəsində FİFA turnirdə iştirak edəcək bütün futbolçuların klubları tərəfindən ən azı ilk oyundan 7 gün əvvəl buraxılmasını tövsiyə etmişdi. Turnirə Mərakeş ev sahibliyi edir və milli komanda ilk oyununu Komor adalarına qarşı dekabrın 21-də keçirəcək. Bu görüş "Bornmut"la matçdan cəmi 6 gün sonra baş tutduğuna görə, Mərakeş Futbol Federasiyası Mazrauinin "Old Trafford"da keçirilən oyunda iştirakını qadağan etmək qərarına gəlib.

ESPN-in məlumatına görə, Mərakeş ilk müraciəti rədd etməzdən əvvəl "qırmızı şeytanlar" futbolçunu həmin oyunda meydana buraxmağı planlaşdırırdı. Nəticədə klub məsələni FİFA-ya çıxarıb. Lakin FİFA turnir öncəsi verdiyi tövsiyələrə uyğun olduğu üçün Mərakeşin mövqeyini dəstəkləyib. Nəticədə 28 yaşlı müdafiəçi bazar günü axşam saatlarında milli komandanın düşərgəsinə yollanıb.

Xəbər xətti