Portuqaliyalı futbolçu yenidən İngiltərəyə qayıda bilər

00:06 - 19 Dekabr 2025

Ruben Neveş yenidən İngiltərəyə qayıtmaq istəyir.

Sportal.az "The Times"a istinadən xəbər verir ki, yarımmüdafiəçi "Əl-Hilal"la müqaviləni uzatmaqdan imtina edib və ayrılmaqda israrlıdır. Bu səbəbdən Səudiyyə Ərəbistanı klubu portuqaliyalı futbolçunun yanvarda satılması imkanını nəzərdən keçirir. 18 milyon funt sterlinq məbləği müzakirə edilib, lakin mövcud vəziyyəti nəzərə alaraq Neveş daha xeyli aşağı qiymətə satıla bilər.

Keçmiş "Vulverhempton" futbolçusuna maraq göstərə biləcək klublar arasında "Mançester Yunayted", "Nyukasl" və "Vest Hem"in adları çəkilir.

Xatırladaq ki, Neveş 2023-cü ildə «Əl-Hilal»a 47 milyon funt sterlinqə transfer olunmuşdu.

Xəbər xətti