"İnter" Dumfrisin əvəzinə Xorvatiyadan müdafiəçi tapdı

23:29 - 17 Dekabr 2025

Yanvar transfer pəncərəsində Zaqreb "Dinamo"sunun futbolçusu Moris Valinçici transfer etməyi planlaşdırır.

Sportal.az xəbər verir ki, əgər zədələnmiş Denzel Dumfris tezliklə sağalmasa, klub xorvat müdafiəçini heyətə qatmağa hazırdır.

Qeyd olunur ki, "neradzurri" 23 yaşlı Valinçici həqiqətən bəyənir. Futbolçunun mövcud müqaviləsi 2029-cu ilə qədərdir.

Qeyd edək ki, cari Xorvatiya çempionatında Valinçic 11 matçda iştirak edib və 1 məhsuldar ötürmə edib.

Xəbər xətti