"Milan"ın hücumçusu əməliyyat olunacaq - 2 ay oynaya bilməyəcək

00:38 - 18 Dekabr 2025

"Milan"ın hücumçusu Santiaqo Ximenes ayaq biləyi problemləri səbəbindən əməliyyat etdirəcək.

Sportal.az "La Gazzetta dello Sport"a istinadən xəbər verir ki, prosedur dekabrın 18-də həyata keçiriləcək və əməliyyatın məqsədi sümüyün bərpasıdır. Çünki bağlar və xırda oynaq zədələnməyib. "Milan" ümid edir ki, futbolçu təxminən 6 həftə sonra meydanlara qayıda biləcək. Maksimal bərpa müddəti isə 2 ay olaraq qiymətləndirilir.

Qeyd edək ki, cari Seriya A mövsümündə Meksikalı hücumçu 9 matçda iştirak edib və heç nə ilə yadda qalmayıb.

Xəbər xətti