Futbol üzrə Azərbaycan I Liqasında XI turun oyunları keçirilir.
Sportal.az xəbər verir ki, "Şahdağ Qusar" Şamaxı Olimpiya İdman Kompleksinin stadionunda "Səbail"i qəbul edib. Qarşılaşma 2:2 hesablı bərabərliklə yekunlaşıb.
Xallarını 22-yə yüksəldən "Səbail" turnir cədvəlinin 3-cü pilləsində qərarlaşıb. 11 xalı olan "Şahdağ Qusar" isə 8-ci yerdədir.
"Şahdağ Qusar" - "Səbail" 2:2
Qollar: S.Ağalarov, 27, R.Voronsov, 35 - S.Bağırov, 26, B.Həziyev, 69
