İngiltərənin iki klubu "Bavariya"ya təklif göndərdi

11:22 - 21 Dekabr 2025

"Bavariya"nın yarımmüdafiəçisi Aleksandr Pavloviç karyerasını İngiltərədə davam etdirməyə yaxındır.

Sportal.az "The Sun"a istinadən xəbər verir ki, "Mançester Siti" və "Çelsi" 21 yaşlı futbolçu üçün rəsmi təklif də göndərib.

Pavloviç özü isə "Bavariya"nı tərk etməyi planlaşdırmır. 

Hazırda klublar arasında danışıqlar gedir.

O, bu mövsüm bütün turnirlərdə 21 matçda meydana çıxıb, 1 qol vurub və 1 asist edib.

 

Xəbər xətti