"Fənərbaxça" üçün ciddi itki - kubokda oynamayacaq

12:49 - 21 Dekabr 2025

"Fənərbaxça"nın futbolçusu Anderson Talişka zədələnib.

Sportal.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, braziliyalı yarımmüdafiəçi Superliqanın 17-ci turunda "Eyüpspor"a qarşı keçirilmiş görüşdə sıradan çıxıb.

Onun sağ ayağının alt əzələsində gərginlik və qanaxma aşkarlanıb.

Klubun tibbi heyəti tərəfindən oyunçunun müalicəsinə başlanıldığı bildirilib. 

Talişkanın dekabrın 23-də "Beşiktaş"a qarşı ölkə kuboku matçında meydana çıxmayacağı dəqiqləşib.

Xəbər xətti