"Ştutqart" qış fasiləsində hücum xəttini yeni oyunçu ilə gücləndirəcək.
Sportal.az xəbər verir ki, Bundesliqa klubu "Rasinq"dən Ceremi Arevalonun keçidini həll edib. Bu barədə "Sky Sports" televiziyası məlumat yayıb.
"Ştutqart" ekvadorlu forvard üçün İspaniya klubuna 7 milyon avro təzminat ödəyəcək. Ekvador millisinin üzvü olan 20 yaşlı hücumçu Almaniya klubu ilə 2030-cu ilin yayına kimi nəzərdə tutulan müqavilə imzalayacaq.
Qeyd edək ki, Ceremi Arevalo bu mövsüm "Rasinq"in heyətində La Liqa 2-də meydana çıxdığı 18 matçda 8 qol vurub.
saytlarin hazirlanmasi
