"Qısa zamanda yaxşı hücumçu tapmaq çətin məsələdir" - "Sumqayıt"ın məşqçisi

22:41 - 22 Dekabr 2025

"Sumqayıt" Misli Premyer Liqasının 16-cı turunda doğma meydanda "Sabah"a 1:3 hesabı ilə uduzub.

Sportal.az xəbər verir ki, "kimyaçılar"ın məşqçisi Veliçko Kaplanoviç matçdan sonra keçirilən mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıb:

- "Sabah"ı qələbə münasibətilə təbrik etmək istəyirəm. Yaxşı oynadılar, qələbəyə layiq idilər. Bütün səhvlərimizin cəzasını çəkdik. İkinci hissədə daha yaxşı oynamağa çalışdıq. Ancaq bu elə oyunlarda bütün 90 dəqiqəni yaxşı oynamaq lazımdır.

“Sabah”ın “Qarabağ”ı məğlub etməsi futbolçularda çəkingənlik yaratmışdı? Oyunda edilən səhvlər nə ilə bağlı idi?

"Qarabağ"ın uduzmağı futbolçulara heç bir təsir etmədi. Qolları buraxdığımız səhvlərdən gördük. 2-ci və 3-cü qolu çox sadə buraxdıq. Bu səhvlərdən qolları gərək buraxmazdıq. 

- Yankoviçin durumu haqda nə dyə bilərsiniz? Gay ehtiyatda olur, gah əsas heyətdə meydana çıxır.

- Bu cür olmağı Yankoviçin hələ tam formaya düşə bilməməyinə görədir. Çalışırıq ki, daha yaxşı olsun.

- Qış transfer pəncərəsində hücumçu almaq planınızda varmı?

- Hücumçuya ehtiyacımız var. Rəhbərliyə bu barədə düşüncələrimizi çatdırmışıq. Amma qısa zamanda yaxşı hücumçu tapmaq çətin məsələdir.

Orxan Həsənquluyev

Xəbər xətti