Avropa klubu azərbaycanlıya müqavilə təklif etdi - onu buraxmaq istəmirlər

12:22 - 22 Dekabr 2025

Azərbaycanlı futbolçu Vüsal İsgəndərli yeni mövsümə də Albaniyada başlaya bilər.

Sportal.az saytına verilən məlumata görə, “Partizani” həmyerlimizə 1 illik yeni müqavilə təklif edib.

Tirana təmsilçisi onunla işbirliyinə davam etdirməyi planlaşdırır. İsgəndərli isə buunla bağlı tam qərarını hələ verməyib.

Millimizin üzvü mövsümün əvvəlində “Partizani” ilə 1 illik müqavilə imzalamışdı.

30 yaşlı futbolçu karyerası ərzində “Rəvan”, “Simurq”, “Zirə”, “Keşlə”, “Sumqayıt”, “Keçiörengücü”, “Eqnatiya”, “Boluspor” klublarında da oynayıb.
 

Xəbər xətti