Türkiyə Superliqası: "Trabzonspor" səfərdə uduzdu, çempionluq yarışında geriyə düşdü VİDEO

10:34 - 23 Dekabr 2025

Türkiyə Super Liqasında 17-ci tura yekun vurulub.

Sportal.az xəbər verir ki, çempionluq mübarizəsi aparan "Trabzonspor" "Gənclərbirliyi"nin qonağı olub.

Ankarada keçirilmiş görüşdə "Trabzonspor" məğlub olub.

Hazırda 42 xala malik “Qalatasaray” vahid liderdir. "Trabzonspor" 35 xalla 3-cü pillədədir.

"Gənclərbirliyi" - "Trabzonspor" 4:3
Qollar
: Qutas, 5. Tonqya, 31. O.Ulgun, 52. Koita, 59 – F.Auqusto, 45+2; 50. Muçi, 67-pen.

Xəbər xətti