“Sumqayıt” hamını qabaqladı

10:16 - 23 Dekabr 2025

Misli Premyer Liqasında 2025/26 mövsümünün ilk hissəsində 95 oyun keçirilib.

Sportal.az PFL-ə istinadən xəbər verir ki, bu matçları 124 min 60 tamaşaçı izləyib. Orta göstərici 1306-yə bərabər olub.

XII turun “Sumqayıt” – “Qarabağ” matçında (2:4) daha çox tamaşaçı qeydə alınıb. Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionu 9100 seyrçi toplayıb.

Daha bir görüşdə bu rəqəm 5 mindən yuxarı olub. X turun “Turan Tovuz” – “Şamaxı” qarşılaşmasını (2:1) Tovuz şəhər stadionunda 5800 izləyici seyr edib.

“Sumqayıt” ev oyunlarındakı orta tamaşaçı sayında 1-ci yerdə qərarlaşıb. “Turan Tovuz”un ikinci olduğu siyahıda ilk “üçlüy”ü “Neftçi” qapayır.

1    Sumqayıt    9    25810    2868
2    Turan Tovuz    7    17100    2443
3    Neftçi    8    14848    1856
4    Sabah    8    12855    1607
5    Qarabağ    7    10387    1484
6    Karvan-Yevlax    9    13120    1458
7    Şamaxı    7    7400    1057
8    Zirə    9    7950    883
9    Kəpəz    8    4850    606
10    Qəbələ    7    4000    571
11    İmişli    8    4200    525
12    Araz-Naxçıvan    8    1540    193
      Cəmi    95    124060    1306

Xəbər xətti