Azərbaycanlı futbolçu Asiyada qaldı - Maldiv adalarında oynayacaq

14:22 - 25 Dekabr 2025

Azərbaycanlı futbolçu Nazim Məmmədzadə yeni ildən Qırğızıstanda çıxış etməyəcək.

Sportal.az saytına verilən məlumata görə, müdafiəçi “Alay”dan ayrılıb. 

Onun artıq yeni komandası da bəllidir. Məmmədzadə Maldiv adalarının “Maziya” klubuna keçib. 

24 yaşlı futbolçu “Renova”(Şimali Makedoniya), “Moralo”, “Marino Luanko”(hər ikisi İspaniya), “Qrobinya”(Latviya), “Flot”(Polşa) komandalarının formasını geyinib.

Mirbağırağa
 

Xəbər xətti