"Zirə"nin legioneri oynadı, komandası uduzdu - VİDEO

10:48 - 25 Dekabr 2025

“Zirə”nin yarımmüdafiəçisi Guimanın yer aldığı Mozambik millisi Afrika Millətlər Kubokunun F qrupunun birinci turunda bir oyun keçirib. 

Sportal.az xəbər verir ki, Mozambik yığması Fil Dişi Sahili komandası ilə qarşılaşıb. 

Matç Fil dişi Sahilinin 1:0 hesablı qələbəsi ilə yekunlaşıb. Gima meydana start heyətində çıxıb və sona qədər oynayıb. 

F qrupunda Fil dişi Sahili və Mozambiklə yanaşı, Kamerun və Qabon yığması da mübarizə aparır.

Xəbər xətti