"Barselona" bu müdafiəçiyə müqavilə təklif edəcək

19:18 - 25 Dekabr 2025

"Barselona" müqaviləsi yayda başa çatan Andreas Kristensenlə bağlı qərar verib.

Sportal.az xəbər verir ki, İspaniya çempionu danimarkalı futbolçunu komandada saxlamaq istəyir. Bu barədə yerli mətbuat məlumat yayıb.

Klub prezidenti Xoan Laporta uzunmüddətli sıradan çıxan Kristensenə jest edərək yeni müqavilə təklif etməyi planlaşdırır. Lakin yeni sözləşmədə 29 yaşlı mərkəz müdafiəçisinin maaşı azaldılacaq. Təcrübəli oyunçu özü də qalmağa isti yanaşır.

Qeyd edək ki, Andreas Kristensen 2022-ci ilin yayından "Barselona"da çıxış edir. Danimarka millisinin üzvü bu mövsüm Kataloniya təmsilçisinin heyətində meydana çıxdığı 17 rəsmi matçda 1 qol vurub.

Xəbər xətti