Hans-Diter Flik “Barselona”da daha bir mövsüm qala bilər.
Sportal.az xəbər verir ki, katalon klubu komandanın baş məşqçisinin müqaviləni 2028-ci ilin iyununa qədər uzatmaq istəyib-istəmədiyi ilə maraqlanır. Flik əvvəlcə 2026/27 mövsümündən sonra karyerasını başa vurmağı planlaşdırırdı, lakin indi planlarını dəyişə bilər.
Flik klubdan və layihədən çox razıdır. Ailəsi Barselonada yaşamağı bəyənir. Məşqçinin klubun idman direktoru Deko və klubun prezidenti Xuan Laporta ilə münasibətləri yaxşıdır. Alman mütəxəssis hesab edir ki, onun gələcəyi böyük ölçüdə Laportanın vəzifəsində qalıb-qalmamasından asılıdır.
Xatırladaq ki, “Barselona”da prezident seçkiləri 2026-cı ildə keçiriləcək.
saytlarin hazirlanmasi
