"Barselona"da qalmaq istəyirəm"

14:56 - 24 Dekabr 2025

İcarə əsasında "Barselona"da çıxış edən Markus Reşford gələcəyi haqda danışıb.

Sportal.az "Sport.es" nəşrinə istinadən xəbər verir ki, ingiltərəli vinger İspaniya klubunda qalmaq istədiyini deyib.

"Əlbəttə, mən "Barselona"da qalmaq istəyirəm. Bu, əsas məqsədimdir. Amma məni çox məşq etməyə və hər şeyimi verməyə vadar edən tək şey deyil. Məqsədim qələbələr qazanmaqdır. "Barselona" nəhəng və gözəl klubdur, kuboklar qazanmaq üçün qurulub”.

Qeyd edək ki, "Barselona" Markus Reşfordu mövsümün əvvəlində "Mançester Yunayted"dən icarəyə götürüb. 28 yaşlı futbolçu Kataloniya təmsilçisinin heyətində meydana çıxdığı 24 rəsmi matçda 7 qol və 11 məhsuldar ötürmə ilə yadda qalıb.

Xəbər xətti