“Çelsi” Antuan Semenyonu transfer etməmək qərarına gəlib. Daha əvvəl London klubunun “Bornmut”un vingerinin mümkün transferi ilə bağlı məlumat topladığı bildirilirdi.
Sportal.az xəbər verir ki, "zadəganlar" futbolçunun transferindən imtina ediblər. Bu barədə "The Athletic məlumat yayıb. “Çelsi” klub rəhbərliyi hazırda komandada olan hücum oyunçularına güvənir.
Qeyd edək ki, bu mövsüm Semenyo Premyer Liqada keçirdiyi 16 matçda 8 qol vurub və 3 məhsuldar ötürmə edib. Onunla “Mançester Yunayted”, “Mançester Siti” və “Liverpul”un da maraqlandığı bildirilirdi.
saytlarin hazirlanmasi
