"Real"ın futbolçusu Fransa klubunda - RƏSMİ

22:35 - 23 Dekabr 2025

“Lion” “Real”ın hücumçusu Endrikin icarəyə götürüldüyünü elan edib.

Sportal.az xəbər verir ki, icarə müqaviləsi mövsümün sonunadək nəzərdə tutulub. Keçidin məbləği 1 milyon avro təşkil edib. Daha əvvəl “Lion”un Endrikin maaşının 50%-ni öz üzərinə götürəcəyi də məlum olmuşdu. Endrik komandaya 29 dekabrda qoşulacaq.

Qeyd edək ki, bu mövsüm Endrik La Liqada cəmi bir oyunda iştirak edib və meydanda 11 dəqiqə keçirib.

Xəbər xətti