Premyer Liqamıza yayda gəlmiş legioner ölkəmizi tərk edə bilər

13:22 - 25 Dekabr 2025

"Şamaxı" legionerlərindən biri ilə yollarını ayırmağı planlaşdırır.

Sportal.az saytına verilən məlumata görə, mövsümün əvvəlində komandaya cəlb edilmiş Antonio Lara özünü doğrultmadığı üçün onunla yolların ayrılması gündəmdədir. 

26 yaşlı braziliyalının “Şamaxı” ilə müqavilə müddəti mövsümün sonuna qədərdir.

O, Premyer Liqa klubundan əvvəl “Rio Klara”, “Moto Klub”(hər ikisi Braziliya), “Prayense”(Portuqaliya), “Banqa”(Litva), “Əl-Bidda”(Qətər) klublarında oynamışdı.
 

Xəbər xətti