"Mançester Siti"ni lider edən qələbə - VİDEO

19:37 - 27 Dekabr 2025

İngiltərə Premyer Liqasında 18-ci turun oyunları keçirilir.

Sportal.az xəbər verir ki, bu gün "Mançester Siti" səfərdə "Nottingem Forest"in qonağı olub. Qarşılaşma "şəhərlilər"in 2:1 hesablı qələbəsi ilə başa çatıb.

Xallarını 40-a yüksəldən "Mançester Siti" liderliyi ələ keçirib. Onlar 2-ci yerdə gedən "Arsenal"dan 1 oyun çox keçiriblər. 18 xalı olan "Nottingem Forest" isə 17-ci yerdədir.

"Nottingem Forest" - "Mançester Siti" 1:2
Qollar:
Omari Hatçinson, 54 - Ticani Reynders, 48, Rayan Şerki, 83

Xəbər xətti