İngiltərə Premyer Liqasında 18-ci tura start verilib.
Sportal.az xəbər verir ki, ilk oyun günündə "Mançester Yunayted" doğma meydanda "Nyukasl"ı qəbul edib. Qarşılaşma "qırmızı şeytanlar"ın minimal hesablı qələbəsi ilə başa çatıb.
Xallarını 29-a yüksəldən "Mançester Yunayted" turnir cədvəlinin 5-ci pilləsində qərarlaşıb. 23 xalı olan "Nyukasl" isə 11-ci yerdədir.
"Mançester Yunayted" - "Nyukasl" 1:0
Qol: Patrik Dorqu, 24
