Lorenzo İnsinyenin agenti müştərisinin Rusiya komandasında oynamağa hazır olduğunu açıqlayıb.
Sportal.az xəbər verir ki, futbolçunun agenti Andrea D’Amico öz açıqlamasında bunları qeyd edib:
"İnsinyeyə bir neçə ölkədən təkliflər var, lakin hələ konkret hansı klubla razılaşacağımıza qərar verməmişik. Rusiyadan zəng olmayıb, konkret təklif də yoxdur. Lorenzo yalnız Rusiyanın top klublarından gələn təklifləri nəzərdən keçirməyə hazırdır."
İnsinye "Toronto"dan ayrıldıqdan sonra azad agent statusundadır. Daha əvvəl bildirildiyi kimi, "Napoli" tarixinin ən yaxşı bombardirlərindən biri "Latsio"nun da maraq dairəsindədir.
saytlarin hazirlanmasi
