Braziliya klubu "Milan"ın təklifini rədd etdi - məbləği aşağı hesab edirlər

23:15 - 25 Dekabr 2025

"Korintians" Uqo Souzaya görə "Milan"ın təklifini rədd edib.

Sportal.az xəbər verir ki, İtaliya klubu 26 yaşlı qapıçı üçün 6 milyon avro və əlavə olaraq 2 milyon avro bonus təklif edib. Lakin braziliyalılar bu məbləği çox aşağı hesab ediblər.

Qeyd olunur ki, "Korintians" futbolçunun hüquqlarının 60 faizinə, "Flamenqo" isə 40 faizinə sahibdir. 2025 mövsümündə Souza Braziliya çempionatında 26 oyun keçirib və 30 qol buraxıb. Oktyabr ayında o, Braziliya millisində debüt edib.

Xəbər xətti