"Şamaxı"nın sabiq futbolçusu Rusiyanın I Liqasında bombardirdi - 13 qol vurub

17:55 - 27 Dekabr 2025

"Şamaxı"nın sabiq hücumçusu Belaydi Pusi Rusiyada adından söz etdirir.

Sportal.az xəbər verir ki, "Fakel"də çıxış edən albaniyalı forvard I Liqanın bombardiridir.

Pusi Voronej təmsilçisinin heyətində 21 turdan sonra 13 qol vurmağı bacarıb. 27 yaşlı futbolçu həmçinin, 3 məhsuldar ötürmənin də müəllifi olub.

Qeyd edək ki, "Şamaxı" Belaydi Pusini bu ilin fevral ayında "Fakel"ə 200 min manata satıb. Onun Rusiya klubu ilə müqaviləsi mövsümün sonunda başa çatır.

Xəbər xətti