"Zirə"nin futbolçusu Rikardo Qomesin formasını geyindiyi Mozambik millisi Afrika Millətlər Kubokunun F qrupunun ikinci turunda meydana çıxıb.
Sportal.az xəbər verir ki, Mozambik Qabonla qarşılaşıb. Matç Mozambikin 3:2 hesablı qələbəsi ilə yekunlaşıb.
Rikardo Martins start heyətində meydana çıxıb və sona qədər oynayıb. Mozambik növbəti oyununu dekabrın 31-də Kameruna qarşı keçirəcək.
"Zirə"nin yarımmüdafiəçisinin komandası hazırda qrupda 3 xalla üçüncü pillədədir.
saytlarin hazirlanmasi
