"Aston Villa" bütün turnirlərdə ardıcıl 11-ci qələbəsini qazanaraq klub rekordunu təkrarlayıb.
Sportal.az xəbər verir ki, bu gün Unai Emerinin komandası Premyer Liqanın 18-ci turu çərçivəsində "Çelsi"ni 2:1 hesabı ilə məğlub edib.
Beləliklə, "Aston Villa" ardıcıl 11 qələbə qazanmaqla klub rekordunu yenidən təkrarlayıb. Sonuncu dəfə Birmingem təmsilçisi bu cür seriyanı 1914-cü ildə göstərmişdi. Həmçinin 1897-ci ildə də ardıcıl 11 qələbə qeydə alınmışdı.
saytlarin hazirlanmasi
