"Everton" və Ukrayna millisinin müdafiəçisi Vitali Mikolenko "Qalatasaray"a keçə bilər.
Sportal.az "Sky Sports"a istinadən xəbər verir ki, Türkiyə çempionu ukraynalı üçün "Everton"a rəsmi təklif göndərib.
Keçidin qış "transfer pəncərəsi" zamanı baş tutacağı gözlənilir.
Mikolenkonun “Everton”la müqaviləsinin müddəti gələn yay başa çatacaq.
26 yaşlı müdafiəçi bu mövsüm İngiltərə Premyer Liqasında 15 matça çıxıb.
saytlarin hazirlanmasi
