"Qəbələ" bir illik fasilədən sonra bu mövsüm Premyer Liqaya qayıtdı. Ona görə bizim əsas məqsədimiz Premyer Liqada yerimizi qorumaq və turnir cədvəlində mümkün qədər üst pillələrə yüksəlməkdir".
Sportal.az xəbər verir ki, bu sözləri "Mediasport.com.az"a açıqlamasında "Qəbələ" İdman Klubunun prezidenti Fariz Nəcəfov deyib.
Bölgə təmsilçisinin rəhbəri "Qəbələ" futbol klubunun Premyer Liqanın geridə qalan hissəsində çıxışını dəyərləndirib. O, komandanın qış fasiləsinədək çox xal itirdiyini qeyd edib: "Qış fasiləsinə kimi xal itkilərimiz çox oldu. Amma komandanın göstərdiyi oyun, bəzi görüşlərdə ortaya qoyulan əzmkarlıq gələcəyə ümidlə baxmağa əsas verir. Əlbəttə ki, heyətin gücləndirilməsinə ehtiyac var. Qış transfer pəncərəsində heyətə yeni futbolçular cəlb olunacaq".
F.Nəcəfov qış fasiləsindən sonra "Qəbələ"dən daha yaxşı perfomans görəcəyinə inandığını bildirib: "İnanıram ki, qış fasiləsindən sonra "Qəbələ" azarkeşləri komandanın oyunundan və turnir cədvəlindəki mövqeyindən razı qalacaqlar. "Qəbələ" azarkeşlərinə də səslənmək istərdik ki, dəstəklərinə ümid edirik, çempionatın qalan hissəsində də onları doğma komandalarınln yanında görmək istəyirik".
Xatırladaq ki, "Qəbələ" qış fasiləsinə 8 xalla 11-ci pillədə yollanıb. Şimallılar sonuncu sırada olan "Karvan-Yevlax"ı 2 xal qabaqlayırlar.
saytlarin hazirlanmasi
