İngiltərə Premyer Liqasının 18-ci turunun “Çelsi” ilə səfər matçında (1:2) dubl etmiş “Aston Villa"nın forvardı Olli Votkins komandanın baş məşqçi Unai Emerini taktiki dahi adlandırıb.
Sportal.az xəbər verir ki, “Sky Sports”a danışan ingilis hücumçu Emeri barədə bunları deyib:
"O, oyunun gedişində taktikanı dəyişdi. "Çelsi"nin futbolçuları oyunu yaxşı idarə edirdi. Amma biz uzun toplarla irəli çıxanda onların əlavə mərkəz müdafiəçisi ortaya çıxırdı. İkinci hissədə meydana çıxdığım zaman Emeri Ceydon Sanço və Morqan Rocersi oyuna buraxdı, onlar da meydanı yarıb keçirdi və Yuri Tielemansı “10 nömrə” mövqeyində oynadı ki, bu da bizdə əlavə oyunçu qazandırırdı. Unai taktiki cəhətdən dahidir. Bu, fantastik qələbə idi. Şəxsən mənim üçün meydana çıxıb iki qol vurmaq əla hiss idi, amma bu seriyanı davam etdirib bura, belə çətin yerə gəlib “Çelsi”ni məğlub etmək sadəcə inanılmazdır".
“Aston Villa” ardıcıl 11 oyundur qalib gəlir. Komanda İngiltərə Premyer Liqasında 8, Avropa Liqasında isə 3 matçda qalibiyyət əldə edib. “Aston Villa” İngiltərə Premyer Liqasının turnir cədvəlində 39 xalla 3-cü pillədədir.
saytlarin hazirlanmasi
