"O, müalicə olunanda belə məşqlərə gəlir" - Amorim kapitan barədə

00:13 - 30 Dekabr 2025

“Mançester Yunayted”in baş məşqçisi Ruben Amorim komandanın kapitanı Bruno Fernandes barədə danışıb. Portuqaliyalı yarımmüdafiəçi yumşaq toxumaların zədəsi səbəbindən təxminən bir ay meydandan kənarda qala bilər.

Sportal.az xəbər verir ki, Amorim kapotan barədə maraqlı fikirlər səsləndirib:

“Bruno artıq deyir ki, məşq etmək istəyir. Amma biz bilmirik. "Vulverhempton"a qarşı oynayacağına heç bir şans yoxdur, tamamilə yoxdur. Belə də yaza bilərsiniz. O, o tip insandır ki, oynamadığında susmur. Həmişə danışır. Ona görə də kapitandır. Bəzən onun hərəkətlərində pis nümunə görürük, məsələn, əllərinin hərəkətini, amma onda çox yaxşı cəhətlər də var.

Hər dəfə bərpa olunanda digər oyunçuların məşqlərini izləmək üçün məşqlərə gəlir. Ona görə də siz görmədiyiniz çox şey edir. Həmişə əla lider olub.

O, müalicə olunanda belə məşqlərə gəlir. Mən bilmirəm ki, mənim işimi istəyir ya yox! Amma o liderdir."

Xəbər xətti