PSV-nin hücumçusu Rikardo Pepi karyerasını İngiltərə Premyer Liqasında davam etdirə bilər.
Sportal.az xəbər verir ki, "Fulhem" amerikalı hücumçunu futbolçunu transfer etmək istəyir. Bu barədə insayder Ekrem Konur məlumat yayıb.
London klubu Pepi üçün 25 milyon avroluq təklif göndərməyi planlaşdırır. Niderland nəhəngi isə 22 yaşlı forvard üçün 40 milyon avro tələb edir.
Qeyd edək ki, PSV Rikardo Pepini 2023-cü ilin yayında "Auqsburq"dan transfer edib. ABŞ millisinin üzvü bu mövsüm Eyndhoven təmsilçisinin heyətində meydana çıxdığı 21 rəsmi matçda 10 qol və 2 məhsuldar ötürmə ilə yadda qalıb.
saytlarin hazirlanmasi
