"Barselona" "Yuventus"un hücumçusunu istəyir - Levandovski getsə...

00:41 - 30 Dekabr 2025

“Barselona” “Yuventus”un hücumçusu Duşan Vlahoviçlə maraqlanır.

Sportal.az xəbər verir ki, serb futbolçunun Turin klubuyla müqaviləsi bu mövsümün sonunda başa çatır. "Marca"nın məlumatına görə, kataloniyalılar oyunçunu yayda azad agent kimi və ya qışda kiçik məbləğ qarşılığında transfer etməyi nəzərdən keçirirlər.

“Barselona” klubda gələcəyi sual altında olan Robert Levandovskini əvəz edə biləcək oyunçuları axtarır. Komandanın baş məşqçisi Hans-Diter Flik Ferran Torresi vacib oyunçu hesab etsə də, klub prezidenti Xuan Laporta “top səviyyəli” hücumçu ilə müqavilə bağlamaq istəyir.

Bildirilir ki, “Barselona” Vlahoviçə yaxşı maaş təklif edə bilər, baxmayaraq ki, bu, onun “Yuventus”dakı maaşından aşağı olacaq.

Qeyd edək ki, cari mövsümdə Vlahoviç A Seriyasında 13 matçda iştirak edib və 3 qol vurub.

Xəbər xətti