"Biz çempion mentalitetini geri qaytarmalıyıq"

00:37 - 22 Sentyabr 2025

"Mançester Siti" Premyer Liqanın 5-ci turunda “Arsenal”la 1:1 hesablı heç-heçə oynayıb.

Sportal.az xəbər verir ki, komandanın yarımmüdafiəçisi Rodri hesab edir ki, “şəhərlilər"ə çempion mentalitetini qaytarmaq lazımdır:

“Bizim mental gücümüz bütün bu illər ərzində ən yaxşı silahımız olub. İşlər çətinləşəndə biz toparlanırıq. Bu, çempion mentalitetidir. Bütün bu illər ərzində bizdə bu olub.

Mənim üçün əsas məsələ budur, fərq də buradadır. Axırda komanda həmin səviyyəni ortaya qoyur, sadə bir komandada da ulduz oyunçular ola bilər, liqada bizdən də yaxşı komandalar mövcuddur. Fərq isə bütün bu illər ərzində bunda olub: hər zaman qalib gəlmək, əziyyət çəkmək, hər üç gündən bir yenidən qələbəyə hazır olmaq. Məncə, biz bu ruhu, bu mentaliteti geri qaytarmalıyıq.

Əlbəttə, biz lazımi səviyyəyə çatacağıq, amma əsas məsələ buradadır. Biz liqanı bir neçə dəfə ardıcıl qazanmağı bu sayədə bacardıq, səviyyəmizə görə yox”.

Xəbər xətti