Avropa Futbol Assosiasiyaları İttifaqı (UEFA) İsrail klublarını və milli komandalarını UEFA-nın sponsorluğu ilə keçirilən yarışlara qadağa qoya bilər.
Sportal.az xəbər verir ki, bu barədə “İsrael Hayom” qəzeti məlumat yayıb.
Mənbənin sözlərinə görə, Qətər nümayəndələri UEFA-nın qərarına təsir edə bilər. Qərarın sentyabrın 23-dən verilə biləcəyi gözlənilir.
2024-cü ilin fevralında Yaxın Şərq ölkələrinin futbol federasiyaları Beynəlxalq Futbol Federasiyasına (FİFA) İsrail milli komandasının beynəlxalq yarışlarda iştirakını qadağan etməyə çağıran məktub göndərib.
Bu çağırışı 12 federasiya, o cümlədən Fələstin, Səudiyyə Ərəbistanı, Qətər və BƏƏ-dən olan nümayəndələr dəstəkləyib. Daha sonra FİFA intizam komitəsinin İsrail tərəfindən mümkün pozuntuları və ayrı-seçkiliyi araşdıracağını açıqlayıb. 2025-ci ilin mayında Fələstin Futbol Assosiasiyası FİFA-nı İsrail məsələsinə baxılmasını sürətləndirməyə çağırıb.