Markus Reşford cəmi bir neçə dəqiqəlik gecikməyə görə start heyətinə düşməyib.
Sportal.az xəbər verir ki, hücumçu La Liqanın 5-ci turunda “Xetafe” ilə oyunda (3:0) “Barselona”nın start heyətində yer almayıb. Bildirilib ki, Kataloniya klubunun baş məşqçisi Hans-Diter Flik Reşfordu səhər keçirilən komanda iclasına azacıq gecikdiyi üçün ehtiyatda saxlayıb.
ESPN-in məlumatına görə, ingilis futbolçu cəmi iki dəqiqə gecikib – oyunçular 9:30-da iclasda olmalı idilər, lakin Reşford 9:32-də gəlib.
Qeyd edək ki, 27 yaşlı futbolçu bu görüşdə fasilədən sonra oyuna daxil olub, lakin məhsuldar hərəkətlə yadda qalmayıb.
saytlarin hazirlanmasi