"Neftçi"nin vingeri: "Üç xalı çoxdan qazanmalıydıq"

17:22 - 22 Sentyabr 2025

"Neftçi"nin vingeri İmad Fərəc Misli Premyer Liqasının V turunun “Sumqayıt” üzərində 2:0 hesablı qələbəsini Sportal.az saytına açıqlamasında şərh edib.

"Ağ-qaralar"ın yarımmüdafiəçisi səfərdəki qalibiyyət haqda bunları deyib:

"Həqiqətən ehtiyac duyduğumuz bu qələbəyə görə çox şadam. Nəhayət ki, layiq olduğumuzu aldıq. Bu qələbə "Neftçi"yə lazım idi. Oyunumuzu nəzərə alsaq, üç xalı çoxdan qazanmalıydıq. Amma bəxt bizim tərəfimizdən deyildi. Oyundan qol vura bilməmişdik. Bununla belə, "Sumqayıt"la matçda işlər yaxşılaşmağa başladı. Mən də asisti təmin etməkdə öz töhfəmi verdim. Ümid edirəm ki, işimi davam etdirə biləcəyəm".

Xəbər xətti