"Beşiktaş" Türkiyə Super Liqasının 1-ci turunun "Kayserispor"la təxirə salınmış oyununa çıxacaq.
Sportal.az xəbər verir ki, İstanbul təmsilçisi səfər matçında müxtəlif səbəblərdən 10 futbolçusunun xidmətindən yararlana bilməyəcək.
Qarşılaşmanın təxirə salındığı vaxtdan sonra edilən transferlərin heç biri matçda iştirak etməyəcək. Bunlar Vatslav Çorni, Gökhan Sazdağı, Cengiz Ünder, Tiaqo Calo, Rıdval Yılmaz, El Bilal Ture, Jota Silva və Taylan Bulutdur. Salih Uçanla Mustafa Hekimoğlu isə zədəlidir.
Qeyd edək ki, "Kayserispor" - "Beşiktaş" qarşılaşması sabah Bakı vaxtı ilə saat 21:00-da start götürəcək.
saytlarin hazirlanmasi