"Qarabağ" hər ay SOCAR-a icarə haqqı ödəyir - torpaq istəyirlər, amma havayı yox!

13:24 - 23 Sentyabr 2025

"Qarabağ"ın direktoru Emrah Çelikelin klubun bazasına bitişik ərazinin onlara verilməsini istəməsini fərqli yozanlar var. Bəziləri buna belə yanaşır ki, sanki "Qarabağ" pulsuz torpaq davası edir. 

Sportal.az saytının əldə etdiyi məlumata görə, hal-hazırda klubun məskunlaşdığı baza və "Azersun Arena" SOCAR-ın balansındadır və bu torpaq "Qarabağ"a uzunmüddətli icarəyə verilib. Yəni, "Qarabağ"a havayı torpaq verən olmayıb, klub hər ay, bəlkə də yuvarlaq rəqəm olaraq hər ilin tamamında SOCAR-a icarə haqqı ödəyir. 

Söhbətin getdiyi əraziyə gəlincə, Emrah Çelikel niyə məhz bu məkanda uşaq futbol akademiyası tikmək istədiklərinə də aydlnlıq gətirib. Həmin ərazi klubun bazasına bitişik olduğu üçün, orada gedən işlərə həm klub rəhbərliyinin, həm də Qurban Qurbanovun şəxsən nəzarət etmək imkanı olacaq. Bu, həm də mərkəzləşdirilmiş idarəetmə sistemi qurmaq baxımından da əlverişli olacaq. 

Xəbər xətti