"Qarabağ"ın rəqibi "Əl-Hilal"ın sabiq üzvü ilə maraqlanır

13:47 - 24 Sentyabr 2025

“Əl-Hilal”dan ayrıldıqdan sonra klubsuz qalmış Renan Lodi karyerasını İtaliyada davam etdirə bilər.

Sportal.az “Tuttosport”a istinadən xəbər verir ki, braziliyalı müdafiəçiyə “Napoli”dən təklif gəlib.

Hazırda tərəflər arasında danışıqlar gedir. 27 yaşlı futbolçu özü də, İtaliyada oynamağa müsbət yanaşır.

O, “Atletiko Paranaense”, “Atletiko”(Madrid), “Nottingem Forest”, “Marsel” klublarında oynayıb.

Əlavə edək ki, "Napoli" Çempionlar Liqasında "Qarabağ"ın rəqiblərindən biridir.

Xəbər xətti