"Barselona"nın futbolçusu 4-5 ay oynaya bilməyəcək

00:36 - 24 Sentyabr 2025

"Barselona"nın yarımmüdafiəçisi Qavi uzun müddətə sıradan çıxıb.

Sportal.az xəbər verir ki, 21 yaşlı futbolçu medial menisk zədəsini aradan qaldırmaq üçün artroskopiya əməliyyatı keçirib. Bərpa müddətinin təxminən 4-5 ay davam edəcəyi gözlənilir.

Daha əvvəl futbolçu eyni dizindən çarpaz bağların qopması səbəbindən təxminən bir il meydana çıxa bilməmişdi.

Xəbər xətti