"Qarabağ"ın Çempionlar Liqası matçının biletləri satışa çıxarıldı

12:43 - 25 Sentyabr 2025

“Qarabağ”ın UEFA Çempionlar Liqasının əsas mərhələsində ikinci tur görüşünün biletləri satışa çıxarılıb.

Sportal.az xəbər verir ki, azarkeşlər Danimarkanın “Kopenhagen” kollektivi ilə qarşılaşmanın biletlərini sabah saat 12:00-dan onlayn qaydada əldə edə bilərlər.

Oktyabrın 1-də Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək görüş saat 20:45-də start götürəcək.

Xatırladaq ki, Azərbaycan çempionu ilk turda Portuqaliyada "Benfika"ya qalib gəlib (3:2).

Xəbər xətti