Yığma komandamızın üzvü əməliyyat edildi - FOTO

20:22 - 30 Sentyabr 2025

"Şamaxı" və Azərbaycanın U-21 yığmasının üzvü Edqar Adilxanov bu gün Almaniyanın Münhen şəhərində əməliyyat olunub.

Sportal.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

20 yaşlı yarımmüdafiəçi "Sana Klinik München”də professor, doktor Filipp Niemeyer tərəfindən ikitərəfli qasıq yırtığı səbəbindən uğurlu əməliyyat keçirib.

Xəbər xətti