Çempionlar Liqası: "Real"dan darmadağın, "Atalanta" - "Brügge" matçında 3 qol

22:53 - 30 Sentyabr 2025

Bu gün UEFA Çempionlar Liqasında Liqa mərhələsinin II turuna start verilib. 

Sportal.az xəbər verir ki, günün ilk 2 matçı artıq yekunlaşıb. "Real" səfərdə "Kayrat"ın qonağı olub. Madrid təmsilçisi matçdan 5:0 hesablı qələbə ilə ayrılıb. "Atalanta" isə doğma meydanda "Brügge"ni məğlub edib - 2:1.

Günün digər matçları 23:00-da start götürəcək.

UEFA Çempionlar Liqası
Liqa mərhələsi, II tur

"Atalanta" (İtaliya) - "Brügge" (Belçika) 2:1

Qollar: L.Samardziç,74,(pen), M.Pasaliç,87, - G.Tzoliç,38

"Kayrat" (Qazaxıstan) - "Real" (Madrid, İspaniya) 0:5

Qollar: K.Mbappe,25(pen), 52, 74, E.Kamavinqa,83, B.Diaz,90+3

Xəbər xətti