"Kristal Pelas" 19 oyun ardıcıl məğlub olmadan klub rekordunu qırıb.Bu gün Oliver Qlasnerin rəhbərliyi altında komanda Konfrans Liqasının 1-ci turunda Kiyev "Dinamo"sunu 2:0 hesabı ilə məğlub edib.
Sportal.az xəbər verir ki, bu gün Oliver Qlasnerin rəhbərliyi altında komanda Konfrans Liqasının 1-ci turunda Kiyev "Dinamo"sunu 2:0 hesabı ilə məğlub edib.
Şənbə günü "qartallar" Premyer Liqada "Liverpul"u 2:1 hesabı ilə üstələmişdi və tarixdə ilk dəfə olaraq startdakı 6 turda məğlubiyyət görməyib.
Hazırda "Pelas" İngiltərə çempionatında 6 oyundan sonra 12 xal toplayaraq 3-cü yerdədir. Bazar günü isə "qartallar" 7-ci turun oyununda səfərdə "Everton"la qarşılaşacaqlar.
saytlarin hazirlanmasi